UEFA “Çelsi” – “Barselona” oyununun hakiminə qadağa qoydu
07.05.2009 - 15:58
UEFA “Çelsi” – “Barselona” oyununun hakiminə qadağa qoydu
Çempionlar Liqasının yarımfinal mərhələsinin “Çelsi” və “Barselona” arasındakı cavab oyununu idarə edən Tom Henninq Evrebe qadağa ilə üzləşib. Apasport.az saytının məlumatına görə, UEFA norveçli hakimin mətbuatla ünsiyyətinə qadağa qoyub.

İspaniyalıların 1:1 hesablı heç-heçəyə nail olmaqla finala çıxdığı görüşdə bir neçə mübahisəli qərar verən və bu səbəbdən ingiltərəli futbolçuların sərt açıqlamalarına səbəb olan Henninqin özü bu qadağanı açıqlayıb: “Vəziyyəti nəzərə alaraq, UEFA-dan matçla bağlı mətbuata hər hansı şərh verməməyimi xahiş ediblər”.