“Çelsi” - “Barselona” matçının hakimini öldürmək istəyirlər
07.05.2009 - 16:53
Çempionlar Liqasının yarımfinalında “Çelsi” - “Barselona” matçını idarə edən Tom Henninq Evrebeni ölümlə hədələyiblər. Apasport.az saytının məlumatına görə, norveçli FİFA referisi Londonu polisin mühafizəsi altında tərk edib. Bu addım Evrebenin həyatının təhlükə altında düşməsi ilə əlaqədar atılıb. Özü də bu hədələr daha çox internetdə yer alıb. Fanatlar norveçli hakimi izləyəcəyinə və onu öldürəcəyinə söz veriblər. London polisinin göstərişi ilə Evrebe qaldığı mehmanxananı dəyişib. Sonradan isə o, mühafizə xidmətinin nəzarəti altında gizlicə İngiltərəni tərk edib. Norveçin paytaxtı Oslonun polis orqanları bəyan edib ki, internetdəki hədə faktı ilə bağlı araşdırma gedir.
0
0