İt sayıqlaması
08.05.2009 - 10:20
Çempionlar Liqasının yarımfinal mərhələsinin “Çelsi” - “Barselona” matçında baş verənlər UEFA-nı da əl-ayağa salıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun baş katibi David Teylor yaşanan olaylara rəsmi münasibət bildirməyə məcbur olub.
Teylor Britaniya mətbuatının UEFA-ya qarşı yönələn ittihamlarına cavab verib. Belə ki, futbolun yaradıcıları oyun boyu “Çelsi”nin xeyrinə penalti qərarlarını verməyən Tom Henninq Evrebenin günahsız olduğunu iddia edir. Britaniyalı həmkarlarımızın fikrincə, norveçli FİFA hakimi “Barselona”nı finala çıxarmaq tapşırığını UEFA-dan alıb və ardıcıl iki il ingilislərin həlledici matça çıxmaması tapşırığını yerinə yetirib.
Bütün yazılanların həqiqətdən uzaq olduğunu bildirən baş katibi britaniyalı jurnalistlərin ünvanına xoşagəlməz sözlər deməyi də lazım bilib: “Belə şey ola bilməz. Bu yazılanlar sayıqlamaqdan başqa bir şey deyil. UEFA-nı belə işlərdə ittiham etməyə başqa ad verə bilmirəm. Bu lap it sayıqlaması idi”.
Qeyd edək ki, öz meydanında “Çelsi” ilə qolsuz sülh bağlayan “Barselona” səfərdəki 1:1 hesabına finala yüksəlməklə ardıcıl ikinci dəfə “Mançester Yunauted” – “Çelsi” finalının keçirilməyinə əngəl olub.

0
0