Premyer Liqada ikinci “bədbəxt” kim olacaq?
08.05.2009 - 11:38
Azərbaycan Premyer Liqasının tərk edən ikinci komandanın adı növbəti turda rəsmiləşə bilər. Apasport.az saytının hesablamalarına görə, birinci diviziona düşəcəyi iki tur öncə rəsmiləşən MOİK-ə “Bakılı” klubunun yoldaş olacağı gözlənilir. Bundan ötrü “Bakılı” “Neftçi” ilə səfər oyununda uduzmalı, “Muğan” isə “Standard”la ev oyununda bir xal qazanmalıdır.
Hər iki nəticənin qeydə alınması kifayət qədər real görünür. Düzdür, 11-ci pillədə gedən “Turan”ın da Premyer Liqada qalacağı hələlik rəsmiləşməyib. Ancaq tovuzlular son iki turda - “Bakı” ilə ev, “Qəbələ” ilə səfər oyununda uduzsa belə, güclülər dəstəsində yerini qoruması mümkündür. “Bakılı” sabah qalib gəlməsə, “Turan”ın Premyer Liqada qalacağı qəti bilinəcək.
“Muğan” və “Bakılı” qarşıdakı turda uduzacağı təqdirdə, birinci diviziona düşəcək ikinci komandanın adı son turda müəyyənləşəcək. Mayın 17-də keçiriləcək axırıncı, XXVI turda hər iki klubun rəqibləri çempionluğa iddialılar olacaq. “Muğan” “Bakı” ilə qüvvəsini sınayacaq, “Bakılı” isə icarə əsasında oynadığı “Şəfa” stadionunda “İnter”i qəbul edəcək. Autsayderlərin bu oyunlarda xal qazanmaları demək olar, müşkül məsələdir. Bununla belə, “Muğan” yenə “Bakılı”dan şanslıdır. Salyanlılar “Bakı”ya uduzsa belə, debüt mövsümünü keçirdiyi Premyer Liqada qala bilər. Çünki “Muğan” “Bakılı”nı 2 xal qabaqlayır və deməli, rəqib onu qabaqlamaq üçün mütləq qələbə qazanmalıdır.
Qeyd edək ki, ötən mövsüm məhz MOİK-lə “Bakılı” birinci divizionda ilk iki yeri tutmaqla, Premyer Liqaya vəsiqə qazanmışdı. İndi isə hər iki paytaxt təmsilçisi cəmi bir ildən sonra geriyə qayıdır.

0
0