“Karvan” sabah “Bakı”nın çempionluğunu rəsmiləşdirə bilər
08.05.2009 - 12:07
Mayın 17-də keçiriləcək Azərbaycan Premyer Liqasının son turu formallığa çevrilə bilər. Apasport.az saytının məlumatına görə, növbəti XXV turda mükafatçıların rəsmiləşməsi mümkündür.
İlk növbədə ondan başlayaq ki, “Bakı”nın çempion olacağı artıq sabah rəsmiləşə bilər. Bunun üçün bakılılar səfərdə “Turan”ı məğlub etməli, ən yaxın izləyicisi “İnter” isə “Karvan”la öz meydanında xal itirməlidir. Düzdür, ikinci dövrədə xeyli zəifləmiş Yevlax təmsilçisinin hazırkı çətin durumunu nəzərə alsaq, onların “bankirlər”i “Şəfa” stadionunda büdrəyəcəyi heç inandırıcı görünmür.
Hər halda, bu, mümkünsüz deyil və deməli, “Bakı” sona bir tur qalmış qızıl medallara qovuşa bilər. Bu variant reallaşarsa, “İnter” çempionatın sonunda “Bakı” ilə xalları ən yaxşı halda bərabərləşdirə bilər. Məlum olduğu kimi, “qızıl oyun” artıq iki mövsümdür ləğv olunub. Cari mövsümün əsasnaməsinə görə, xallar bərabər olarsa, ilk növbədə şəxsi oyunlardakı göstəricilər əsas götürülür. “Bakı” isə bu planda “İnter”dən üstündür. Belə ki, makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin çalışdırdığı komanda evdə “İnter”lə qolsuz heç-heçə edib, səfərdə isə qalib gəlib (1:0).
Tarixində ilk dəfə medal qazanmağa yaxın olan “Simurq”un da bürünc mükafat qazanması artıq bu tur rəsmiləşə bilər. Təbii ki, bunun üçün ukraynalı mütəxəssis Roman Pokoranın çalışdırdığı komanda ilk növbədə “Qəbələ”nin evdə yenməlidir. Zaqatala təmsilçisinin öz meydanında yaxşı oynadığını, nadir hallarda uduzduğunu nəzərə alsaq, bunu yerinə yetirmək realdır. Üstəlik, zaqatalalılar “Qəbələ” ilə kuboku da nəzərə alsaq, indiyə kimi bütün ev oyunlarında qalib gəlib.
Bürünc medallar uğrunda oyunda sabah keçiriləcək “Qarabağ” – “Xəzər-Lənkəran” görüşünün nəticəsi də vacibdir. “Simurq” üçün Ağdamda keçiriləcək bu oyunda lənkəranlıların qalib gəlməməyi lazımdır. Yəni, “Xəzər-Lənkəran”ın xal itkisi iki gün sonra meydana çıxacaq Pokoranın komandasına tarixində ilk medal yolunda yaşıl işıq yandıracaq. Bu zaman son turda “Xəzər-Lənkəran” – “Simurq” görüşü artıq formallığa çevriləcək.
“Qarabağ” cənub klubu üzərində qazanarsa, rəqibini qabaqlayaraq, turnir cədvəlində 4-cü pilləni onun əlindən alınacaq. Ancaq ağdamlıların sonda “Simurq”la xalları bərabər olarsa, yenə Pokoranın komandası üstün durumda olacaq. Çünki Zaqatala təmsilçisi şəxsi oyunlarda “Qarabağ”dan üstündür (2:0 və 0:0). Deməli, “Simurq” bürünc medal uğrunda mübarizədə “Qarabağ” və “Xəzər-Lənkəran”la müqayisədə çox şanslıdır. Ancaq zaqatalalılara bundan artığına ümid etməyə dəyməz. Çünki “Simurq”la “İnter”in xalları bərabər olarsa, şəxsi oyunlarda üstünlük hər iki oyunda qələbə qazanan (2:1 və 2:0) son çempionunun tərəfindədir.

0
0