Azərbaycan yığmasının on beş dəqiqəlik rəqibi
08.05.2009 - 13:05
Azərbaycan yığmasının on beş dəqiqəlik rəqibi
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki növbəti rəqibi olan Uels yığması iyunun 6-da Bakıda keçiriləcək görüşə sürpriz hazırlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, britaniyalılar matç öncəsi hazırlıqlarını jurnalistlərin izləməyinin əleyhinədir.

Bu səbəbdən də ölkəmizə gələcək Uels yığması Bakıdakı məşqlərindən yalnız birinin və cəmi 15 dəqiqə açıq keçməyinə razı olub. Qarşılaşmadan bir gün əvvəl iyunun 5-də saat 10:30-da “Şəfa” stadionunda məşq keçəcək uelslilərin hazırlıqlarının ilk 15 dəqiqəsini izləyən KİV nümayəndələri arenanı tərk etməli olacaq. Çünki baş məşqçi Con Toşak yığmamızla oyuna hazırladığı taktiki gedişlərin üzərində qapalı məşq zamanı çalışmağı lazım bilib.
0