“Əgər onu sevsəydin, mənimlə yatağa girməzdin”
08.05.2009 - 13:21
“Əgər onu sevsəydin, mənimlə yatağa girməzdin”
“Fənərbaxça”nın ispaniyalı futbolçusu Daniel Quiza şəxsi həyatı ilə yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Antena 3” telekanalında 29 yaşlı hücumçunun sabiq həyat yoldaşı Rosio Arandaya yazdığı mesajların mətnləri səsləndirilib.

Quiza və Arandanın bir-birlərinə göndərdikləri mesajlarda əsas müzakirə obyekti onların oğulları olub. Futbolçu keçmiş xanımından oğullarının İstanbulda qalmasını israrla tələb edib: “Mən oğlumu çox istəyirəm. Onun mənimlə qalmaq istədiyini bilirsən. Rədd ol get! Sənin kimi narkotika xəstəsi deyiləm”.

Rosio isə “Fənərbaxça”nın oyunçusuna belə bir mətndə mesaj yollayıb: “Xatırladım ki, ailə həyatımız sənin əxlaqsızlığın ucbatından başa çatıb. İndi sənə kral deyirlər. Amma “Xetafe”də oynayanda, ləqəbin “Yonki” idi”.

“Yonki” ləqəbi narkotik maddələr istifadə edənlərə verilir. Sabiq həyat yoldaşının sözləri Quizanı qəzəbləndirib və o, cavab mesajı yazıb: “Mən oğlumu və sevgilimi sevirəm. Onu məndən kimsə ala bilməz”.

Aranda isə buna belə reaksiya göstərib: “Sən rəzil adamsan. Əgər indi yanındakı qadını həqiqətən sevsəydin, 2 ay öncə mənimlə yatağa girməzdin”. Rosio bu sözlərlə fevralın 11-də keçirilmiş İspaniya - İngiltərə oyunundan öncə baş verən olaya işarə vurub. Həmin vaxt model İspaniya yığmasının məskunlaşdığı otelə gələrək, Quiza ilə görüşmüşdü.

Qeyd edək ki, Aranda futbolçudan bir müddət öncə ayrılıb.