Hasan Şaşla Ümit Karan “Qalatasaray”dan qovulur
08.05.2009 - 14:54
Hasan Şaşla Ümit Karan “Qalatasaray”dan qovulur
“Qalatasaray” klubundan qovulacaq iki futbolçunun adı məlum olub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, istanbullular mövsümün sonunda Hasan Şaş və Ümit Kranla vidalaşacaq. Belə ki, Superliqanın “Ankaragücü” ilə həftəsonu keçiriləcək oyunu ərəfəsində hər iki futbolçu heyətdən çıxarılıb. Onların qarşıdakı turlarda da heyətə daxil edilməyəcəyi bildirilir.

Qeyd edək ki, Hasan hələ 2000-ci ildə UEFA kubokuna sahib olan dövrdə də “Qalatasaray”ın heyətində çıxış edib.
0