Məğlubiyyəti gecə klubunda qeyd edən futbolçu
08.05.2009 - 15:11
Məğlubiyyəti gecə klubunda qeyd edən futbolçu
Londonun “Arsenal” klubunun hücumçusu Nikolas Bendtner azarkeşlərdən üzr istəyib. 21 yaşlı danimarkalı futbolçu Çempionlar Liqasında “Mançester Yunayted”lə Londonda keçirilən cavab görüşündən (1:3) sonra etdiyi ləyaqətsiz hərəkətinə görə həm azarkeşlərindən, həm də klubunda rəsmi qaydada üzrxahlıq edib. Məsələ ondadır ki, Bendtner məğlubiyyətə baxmayaraq əyləncəsindən qalmayıb və səhərə kimi gecə klubunda olub. Yerli paparatsi də futbolçunun bu hərəkətini qeydə almağı nəzərdən qaçırmayıb. Nikolas bu hərəkətinə görə peşmandır: “Mən “Arsenal”ı çox sevirəm. “Mançester Yunayted”ə məğlubiyyət mənim üçün böyük zərbə oldu. Axı Çempionlar Liqasının finalına çıxmağı arzulayırdım. Böyük üzüntümə baxmayaraq, hərəkətimə heç bir haqq qazandırmaq olmaz. Həm klubumdan, həm də azarkeşlərimizdən onları pis vəziyyətdə qoyduğuma görə üzr istəmək istəyirəm”.
0