Maradonanın Azərbaycanla bağlı arzusu gözündə qaldı
08.05.2009 - 17:11
Maradonanın Azərbaycanla bağlı arzusu gözündə qaldı
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının yoldaşlıq oyununda kiminlə qarşılaşacağına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, avqustda qüvvəsini sınamaq üçün güclü rəqib axtaran şimallılar Argentina ilə avqustun 12-də görüşmək haqda razılıq əldə ediblər.

Bununla da, rusiyalılarla yanaşı, Argentina yığmasının baş məşqçisi əfsanəvi Dieqo Maradona da sınaqçı rəqib problemini həll edib. Bir müddət əvvəl oynamağa komanda tapmadıqlarından gileylənən və Azərbaycan yığması ilə qarşılaşmaq istədiyini vurğulayan 49 yaşlı mütəxəssis yetirmələrini daha iki oyunda da sınaya biləcək. Argentinalılar Moskvadakı oyunla kifayətlənməyib noyabrın 14-də İspaniya, 18-də Nigeriya ilə səfərdə görüşəcək.

Qeyd edək ki, Rusiya kimi, İspaniya da Azərbaycanın rəqiblərindən biridir. Millimiz pireneylilərlə iyunun 9-da Bakıda yoldaşlıq oyunu keçirəcək. Nigeriya isə yığmamızın almaniyalı baş məşqçisi Berti Foqtsun sabiq yetirmələridir.
0