“Standard” serb mütəxəssislə danışıqlara başlayıb
09.05.2009 - 11:02
“Standard” serb mütəxəssislə danışıqlara başlayıb
Cari mövsümdə iki gürcüstanlı baş məşqçi Kaxaber Sxadadze və Badri Kvaratsxeliya ilə yollarını ayıran “Standard” klubunu yeni çempionatda serb mütəxəssis çalışdıracaq. Apasport.az saytının məlumatına görə, ikinci istefadan sonra baş məşqçi postunu müvəqqəti Rafiq Mirzəyevə tapşıran bakılıların prezidenti Emin Babayev bu işi Kamil Məmmədova tapşırıb. "Standard"ın qeyri-rəsmi nümayəndəsi olan FİFA meneceri yerli məşqçilərə güvənmədiyindən əcnəbilərlə əməkdaşlıqda maraqlıdır. Hələlik adı açıqlanmayan serb məşqçi ilə danışıqlar davam etdirilir. Tərəflər gələn ayın əvvəlində yekun qərarını verəcəklər. Bu da "Standard"ın planlarından asılıdır. Klubun gələn il Avropaya vəsiqə, yoxsa orta sıralardan biri üçün mübarizə aparması Babayevin ayıracağı büdcədən asılıdır. Bunun da məşqçi ilə danışıqlara təsiri böyük olacaq.
0