İspaniya çimərliyində azərbaycanlı hakim
09.05.2009 - 13:48
İspaniya çimərliyində azərbaycanlı hakim
Çimərlik futbolu üzrə FİFA hakimi Əfqan Həmzəyev yeni təyinat alıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 35 yaşlı ədalət təmsilçisinin beynəlxalq miqyasda debütü İspaniyada gerçəkləşəcək. O, çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin bu ölkədə keçiriləcək matçlarına təyinat alıb. İspaniyada keçiriləcək oyunlar gələn ayın 7-14-də baş tutacaq.
0