Dünya yığması Azərbaycana şans vermədi
10.05.2009 - 19:42
Dünya yığması Azərbaycana şans vermədi
ÜNS yaradıcılıq səhnəsində mərhum prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş beynəlxalq şahmat turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, sonuncu – VIII turda Teymur Rəcəbov Serqey Karyakin (Ukrayna) üzərində 35-ci gedişdə qələbə qazanmış, Vüqar Həşimov isə ispaniyalı Aleksey Şirovla heç-heçə oynayıb. Rauf Məmmədov Vişvanatan Ananda (Hindistan), Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramnikə uduzub.

Beləliklə, dünya yığması Azərbaycan üzərində 21,5:10,5 hesablı qələbə qazanıb.
0