Rəşad Sadıqov “Kocaelispor”un ən yaxşısı seçildi
12.05.2009 - 09:54
Rəşad Sadıqov “Kocaelispor”un ən yaxşısı seçildi
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Kocaelispor” klubunun ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi komandasının Superliqanın 31-ci turundakı görüşündə fərqlənib.

“Kocaelispor”un öz meydanında “Trabzonspor”a 1:3 hesabı uduzduğu qarşılaşmada Rəşad Türkiyə mətbuatından 6 qiyməti alıb. Bu, İzmit təmsilçisinin heyətində ən yüksək göstərici olub ki, Sadıqovla yanaşı, Sezar da eyni qiymətə layiq görülüb.

Qeyd edək ki, 31 oyundan sonra hesabında 26 xal olan “Kocaelispor” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
0