Deputatlardan “Turan”a maddi yardım
12.05.2009 - 11:35
Deputatlardan “Turan”a maddi yardım
Azərbaycan Milli Məclisinin deputatları Tovuzun “Turan” klubunun üzvləri ilə görüşüblər. Bu barədə APA-ya açıqlamasında görüşdə iştirak edən deputat Nazim Məmmədov bildirib. Onun sözlərinə görə, həmkarı Qənirə Paşayeva ilə “Turan” futbolçuları ilə görüşərək onların problemləri ilə maraqlanıblar.

Millət vəkili “Turan”ın cari mövsüm çətinliklə də olsa, güclülər dəstəsində qaldığını, komandanın əzmkarlıq göstərdiyini deyib. Məmmədov görüşdə komandaya müəyyən məbləğdə maddi dəstək göstərdiklərini də deyib: “Bütün tovuzluları, bu rayondan olan imkanlı şəxsləri komandaya dəstək verməyə çağırırıq. Bu gün tovuzlular öz sevimli komandalarının yanında olmalıdırlar”.
0