Siçan Ronaldoya əlcək atdı
12.05.2009 - 14:40
Siçan Ronaldoya əlcək atdı
İngiltərə Premyer Liqasında “Mançester Yunayted” - “Mançester Siti” matçında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, özünü dünyanın ən yaxşı futbolçusu Kriştianu Ronaldodan zəif saymayan “oyunçu” “Old Trafford” stadionunun meydanına çıxaraq, orada var-gəl edib.

Çağırılmayan qonaq qismində çıxış edən balaca siçan özünü bir anlıq futbolçu kimi təsəvvür edib. Lakin heyvanın Mançester derbisinə müdaxiləsi baş tutmayıb. Azarkeş, həmçinin digər canlılar – it, pişik və ya quşlara görə oyunu dayandıran futbolçular adi siçana əhəmiyyət verməyib. Belə olan halda, balaca “futbolçu” “Old Trafford”un qazonunda oynamağın dadını çıxarıb.

Qeyd edək ki, “Mançester Yunayted” həmşəhərliləri ilə qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.