Aslan ovunda “Dovşan”sız qalacaq?
12.05.2009 - 16:40
Aslan ovunda “Dovşan”sız qalacaq?
“Qalatasaray”ın transfer etmək istədiyi daha bir futbolçu istanbulluların əlindən çıxır. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Real” klubunun argentinalı hücumçusu Xavyer Saviola İngiltərəyə köçməyə yaxındır. “Nyukasl”ın ciddi maraqlandığı “Dovşan” ləqəbli 27 yaşlı futbolçunun agenti Alfredo Kabrera Brisuela Saviolanın gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb.

Onun sözlərindən belə çıxır ki, “Qalatasaray” variantını ümumiyyətlə qeyri-ciddi imiş: “Saviolanın müqaviləsi 2010-cu ilin yayında bitsə də, komandanı tərk etmək istəyir. Çünki hələ gənc olduğundan oynamaq istəyir. Onunla bir çox komanda maraqlanır. Lakin bu görüşləri iyuna saxlamışıq. Məsələylə bağlı İngiltərə və İtaliyadan olan komandalar mənimlə əlaqə də saxlayıb”.

Qeyd edək ki, Türkiyə mətbuatı Saviolanın “Aslanlar”ın düşərgəsinə keçidinin həll olunmaq üzrə olduğunu iddia edir.
0