“Akademiya” üçün 18 futbolçu
13.05.2009 - 11:44
“Akademiya” üçün 18 futbolçu
AFFA-nın Futbol akademiyasının yetirmələrindən ibarət “Akademiya” komandası növbəti təlim məşq toplanışına başlayıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən təlim-məşq toplanışı mayın 17-dək davam edəcək.

“Akademiya”nın məşqçiləri hazırlıq prosesinə 18 futbolçu cəlb edib. Bunlar Qurbanəli Əliyev, Əyyub Əliyev, Coşqun Diniyev, Adil Nağıyev, Namiq Ələsgərov, Rauf Məmmədov, Yusif Bağırov, Anar Babayev, Fuad Kazımov, Vahid Quliyev, Elşad Quliyev, Şəhriyar Səfərov, Əmirəli Quliyev, Seyidrəzi Ağayev, Mənsur Nəhavəndi, İlkin Sadıqov, Ravil Məmmədov və Budaq Nəsirovdur.
0