Məhkəmə qalmaqalçı azarkeşi 30 gün küçə süpürməyə məcbur etdi
13.05.2009 - 12:05
Məhkəmə qalmaqalçı azarkeşi 30 gün küçə süpürməyə məcbur etdi
“Şaxtyor” klubunun fanatı Mişa Kovalevski qeyri-adi cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı həmin azarkeş “Şaxtyor”un Kiyev “Dinamo”su ilə UEFA kuboku çərçivəsində Donetskdə keçirilən cavab yarımfinal görüşündə meydana daxili olaraq, doğma komandasının qapısına girib.

Kovalevski bu səbəbdən 30 günlük ictimai işə məhkum olunub. Donetskin Kiyev rayon milis şöbəsinin rəisi Sergey Kellerin verdiyi məlumata görə, məhkəmə azarkeşin bu emosional hərəkətini kiçik xuliqanlıq sayıb: “Biz hələ oyun zamanı inzibati protokol tərtib etdik. Məhkəmənin qərarından sonra isə onu evinə buraxdıq. İndi Kovalevski öz cəzasını çəkməlidir. Belə ki, o, küçələri süpürəcək. 30 gündən sonra Mişa tamamilə azad insan olacaq”.
0