Milli komandamız Lüksemburqla qarşılaşacaq
13.05.2009 - 12:07
Milli komandamız Lüksemburqla qarşılaşacaq
Azərbaycan milli komandasının daha bir rəqibi məlum olub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 21 yaşadək futbolçulardan ibarət yığmamız avqustun 11-də Lüksemburqdan olan həmyaşıdları ilə görüşəcək. Bu matçı səfərdə keçirəcək almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri üçün qarşılaşma Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, mayın 20-də Lənkəranda Özbəkistanın U-20-ni qəbul edəcək 21 yaşlılarımız daha iki yoxlama oyununu gələn ay keçirəcək. Futbolçularımız iyunun 3-də Türkiyə, 8-də İngiltərə ilə qarşılaşacaq.
0