Belçika yığması yeni məşqçi ilə anlaşdı
13.05.2009 - 12:10
Belçika yığması yeni məşqçi ilə anlaşdı
Belçika milli komandasını hollandiyalı Dik Advokat çalışdıracaq. Apasport.az saytının məlumatına görə, belçikalılar Rusiyanın “Zenit” klubunun çalışdırıcısı ilə razılığa gəliblər.

Maliyyə məsələlərində ortaq məxrəcə gələn tərəflərin müqaviləni yaxın bir həftədə rəsmiləşdirəcəyi gözlənilir. Belçika Futbol Federasiyasının prezidenti Fransua de Kersmaker Advokata inandıqlarını açıqlayıb: “O, dünyanın ən məşhur məşqçilərindən biridir. Belçika yığması Advokatın rəhbərliyi altında inkişafa doğru böyük addım atacaq”.

Uğursuz nəticələrə görə vəzifəsindən azad olunan Rene Vandereykinin boş qalan postunu tutacaq Advokat “Zenit”i tərk etməyə tələsmədiyini açıqlayıb. Hollandiyalı mövsümün sonunadək klubda işləyəcəyini bildirib.

Qeyd edək ki, Rusiyada çalışan digər hollandiyalı – yığmanın baş məşqçisi Qus Hiddink də iki vəzifədə çalışır. Rusiya milli komandasının çalışdırıcısı həm də İngiltərənin “Çelsi” klubuna rəhbərlik edir.
0