“Qarabağ”ın futbolçusu “Milan”a qarşı oynamaq istəmədi
13.05.2009 - 12:32
“Qarabağ”ın müdafiəçisi Admir Teli “Milan”a qarşı oynamaq şansını qaçırıb. Apasport.az saytının məlumatına görə, albaniyalı futbolçu milli komandasının İtaliyanın ən məşhur klubu ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.
Admir bu oyunla bağlı onunla əlaqə saxlayan həmyerlilərinə Azərbaycanda hələ mövsümün bitmədiyi, komandasının qarşıda vacib oyunlarının olduğunu bildirib. Belə ki, son turda Yevlaxda “Karvan”ın qonağı olacaq “Qarabağ” qalib gələrsə, mövsümü 4-cü yerdə bitərək, Avroliqaya vəsiqə qazanacaq. Çünki “İnter” ölkə kubokunun finalında “Qarabağ”ı məğlub etsə belə, 4-cü yerin sahibi qitə miqyaslı turnirə vəsiqə qazanacaq. Teli ilk növbədə Azərbaycan kubokunun final oyununu düşünərək, bu vacib görüşə yaxşı hazırlaşmaq, ölkəmizdə ilk titulunu qazanmaq iddiasındadır.

- “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab
- DÇ-də istilər də rəqib olacaq – Norveç millisi ilk siqnalı verdi
- İran millisi DÇ üçün ABŞ vizasına müraciət etdi
- “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək
- Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”
0
0