“Simurq” klubunun Avropa Liqasında potensial rəqibləri məlumdur
13.05.2009 - 15:21
“Simurq” klubunun Avropa Liqasında potensial rəqibləri məlumdur
Zaqatalanın “Simurq” klubu Avropa Liqasının birinci təsnifat mərhələsində iştirak edəcək 27-ci komanda olub. Apasport.az saytının məlumatına görə, iyulun 2-si və 9-da keçiriləcək mərhələdə qüvvəsini sınayacaq 50 komandadan 27-nin adı artıq məlumdur. Bu komandalar püşkatma zamanı iki yerə bölünəcək ki, nisbətən zəiflər bir, güclülər digər səbətdə yer alacaq. Zaqatala təmsilçisi nisbətən zəiflər arasında ikinci göstəriciyə malikdir ki, onlar yalnız Makedoniya klubundan geri qalır.

Elə yarışa bu mərhələdən başlayacaq digər Azərbaycan təmsilçisi də eyni nəticəyə malikdir. Onların yer aldığı ikinci “25-lik” bir-biri ilə deyil, yalnız səpələnmişlərlə qarşılaşa bilər. Səpələnmiş komandalardan 13-nün adı artıq məlumdur ki, onlara arasında Çempionlar Liqasında sensasiyalar yaradan “Anartosis”, həmçinin “Rusenborq” və “Helsinqborq” kimi klublar var.

Digər rəqiblər isə həm “Simurq”, həm də digər komandamız üçün keçilməz sayılmır. Lakin hələ sahibi müəyyənləşməyən digər 12 komanda arasında da çətin rəqib var. Lakin Şotlandiya istisna olmaqla, digər ölkələrdən - Slovakiya, Xorvatiya, Danimarka, İsrail, Polşa, Sloveniya, Bosniya və Herseqovina, Macarıstan, Gürcüstan, Moldova və Makedoniyadan olan komandalarla oynamaq olar.

Səpələnmişlər: “Rusenborq” (Norveç), “Anartosis” (Kipr), “Helsinqborq” (İsveç), “Derri Siti”, “Sliqo Rovers” (hər ikisi İrlandiya), “Laxti” (Finlandiya), “Vetra” (Litva), “Dinaburq” (Latviya), “Dinamo”, “MTZ-RİPO” (hər ikisi Belarus), “Zestafoni” (Gürcüstan), “Kaflavik”, “Fram” (hər ikisi İslandiya) və daha 12 komanda.

Səpələnməmişlər: “Simurq” (Azərbaycan), “Trans”, “Kalyu” (hər ikisi estoniya), “Dinamo” (Albaniya), “İrtış”, “Kaysar” (hər ikisi Qazaxıstan), “Landzasar”, “Banants” (hər ikisi Ermənistan), “Llanelli”, TNS (hər ikisi Uels), “Linfild”, “Lisburn” (hər ikisi Şimali İrlandiya), “B-36 Torshavn”, “NSİ Runavik” (hər ikisi Farer adaları) və daha 11 komanda.

Qeyd edək ki, Avropa kuboklarının ilkin mərhələlərinin püşkatması iyunun 22-də keçiriləcək.
0