Milli komandamız Makedoniyanı darmadağın etdi
13.05.2009 - 15:31
Milli komandamız Makedoniyanı darmadağın etdi
Azərbaycanın qadınlardan ibarət milli komandası UEFA-nın Gürcüstanda təşkil etdiyi beynəlxalq turnirdə ikinci oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Makedoniya ilə qarşılaşan yığmamız turnirdə ilk qələbəsini qazanıb. İki gün əvvəl Türkiyəyə 0:1 hesabı ilə uduzan baş məşqçi Şamil Heydərovun yetirmələri həmin məğlubiyyətin acığını artıqlaması ilə balkanlılardan çıxıb – 4:0. Oyunda hesabı İrina Süleymanova açıb ki, onun ardınca Yekaterina Şabanova, Marina Akayeva və Yekaterina Nosova da fərqlənib.

Qeyd edək ki, millimiz növbəti oyununu mayın 16-da Bakı vaxtı ilə saat 14:00-da meydan sahiblərinə qarşı keçirəcək.
0