Çempionlar Liqasının oyunları “Lider” TV-də yayımlanacaq
13.05.2009 - 15:38
Çempionlar Liqasının oyunları “Lider” TV-də yayımlanacaq
Futbol üzrə Çempionlar Liqasının oyunları 2009-2010-cu il mövsümündən “Lider” telekanalı vasitəsilə yayımlanacaq. Telekanaldan Lent.az-a verilən məlumata görə, artıq yayımla bağlı məsələlər tam rəsmiləşib.

“Lider” telekanalı qarşıdakı 3 mövsüm ərzində Avropa klubları arasında ən nüfuzlu turnirin matçlarının Azərbaycanda eksklüziv yayım hüququna yiyələnib. 2000-ci ildən etibarən Çempionlar Liqasının oyunları ANS telekanalı vasitəsilə nümayiş etdirilirdi. Növbəti mövsümdən bu hüquqa “İdman-Azərbaycan” kanalının yiyələnəcəyi bildirilirdi.
0