Fabio Kapello Azərbaycan yığmasına kömək etdi
13.05.2009 - 23:19
Dünya çempionatının iyunun 6-da keçiriləcək seçmə oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq Uels yığması ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, gənc futbolçuların yığmada oynamaqdan imtinası halları artmaqdadır.
Vətəni Avstraliyanın şərəfini qorumaq istəyən və gənclər yığmasında 10 oyun keçirdiyi Uelsdən imtina edən Ris Uilyamsın ardınca daha bir futbolçu Con Toşakın baş məşqçisi olduğu yığmaya arxa çevirib. İngiltərə Premyer Liqasının ən yaxşı gənc yarımmüdafiəçisi adına əsas namizədlərdən göstərilən Cek Kollison bundan sonra İngiltərə milli komandasında oynayacağına qərar verib. Yığmanın italiyalı baş məşqçisi Fabio Kapellonun rəhbərliyi altında çıxış etmək istəyən 21 yaşlı futbolçu daha iddialı yığmada oynamaq arzusundadır.
“Vest Hem” klubunda top qovan və Uelsin nəinki gənclər (7 oyuna 2 qol), hətta əsas yığmasında da (4 oyun) oynayan Kollison məsələylə bağlı FİFA-ya müraciət edib. Milli komandadakı matçlarının yoldaşlıq oyunlarına təsadüf etməsi, həmçinin hələ 21 yaşının tamam olmamağı Cekin məxsus olduğu yığmanı dəyişməyinə imkan verir. Uels Futbol Assosiasiyası Azərbaycanla Bakıdakı matça gətirib meydana buraxmaqla birdəfəlik özününküləşdirmək istədikləri Cekin itkisi ilə artıq barışıb. Uelslilər buna görə, həm FİFA-nın qaydalarındakı boşluqlardan gileylənir, həm də Kollisonu yoldan çıxarmaqda ittiham etdikləri Kapelloni qınayır.

0
0