Bernd Şuster “Qalatasaray”da işləməyə razılıq verdi
13.05.2009 - 16:48
Bernd Şuster “Qalatasaray”da işləməyə razılıq verdi
“Qalatasaray” rəhbərliyinin baş məşqçi postuna gətirmək istədiyi Bernd Şuster istanbulluların qarşısına öz şərtlərini qoyub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, son iş yeri İspaniyanın “Real” (Madrid) klubu olan məşhur almaniyalı mütəxəssis “Cim-Bom”un liderlərinin komandada qalmağını tələb edir.

Arda Turan, Mehmet Topal, Hari Kyuell və Milan Baroşun “Qalatasaray”da qalmasını şərt kimi irəli sürən Şuster braziliyalı Linkolnu da itirməyin əleyhinədir. Lakin bir neçə cəlbedici təklif alan sonuncunu saxlamağın çətinliyini dərk edən mütəxəssis ona əvəz tapmalı olduqları ilə də barışmağa hazırdır. Şuster transferini istədiyi əcnəbi oyunçuların da siyahısını tərtib edib və yaxın günlərdə klub rəhbərliyinə təqdim edəcək.

Çalışdırıcı yerli oyunçularla bağlı qərarları isə rəhbərliyin ixtiyarına buraxıb.
0