Cənab Şults, formamızı dəyişək?
13.05.2009 - 17:31
Cənab Şults, formamızı dəyişək?
Azərbaycan və Almaniya veteranları arasında keçirilən yoldaşlıq oyunu futbol ənənəsinin pozulması ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, əksər matçlardan sonra meydanda olan futbolçular formalarını rəqib komanda ilə dəyişsə də bugünkü qarşılaşmada belə hal yaşanmayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə 3:6 hesabı ilə uduzan futbolçularımız adlı-sanlı rəqiblərinin formasını almaqla, təsəlli tapmaqdan da məhrum olub. Buna isə daha çox qapımıza iki qol vuran Mixail Şults səbəb olub. Özünün və komanda yoldaşlarının paltarlarını qucağına yığıb bizim futbolçulara vermək istəmədiyini nümayiş etdirən veteran meydanı tərk edib. Formaları aparan cənab Şults qucağındakı geyimləri oyunu izləyən uşaqlara paylayıb.
0