“Dostlarım deyirdilər ki, Azərbaycanda futbolçulara yaxşı pul verirlər” - MÜSAHİBƏ
13.05.2009 - 23:37
"Standard" klubunun müdafiəçisi Levan Silaqadzenin müsahibəsi
- "Standard"a keçidiniz necə baş tutdu?
- Bakıya ötən ilin avqustunda gəlmişəm. "Transfer pəncərəsi"nin bağlandığı gün klubla müqavilə bağladım. Onda komanda 4 oyun keçirmişdi. Növbəti turda komandanın düşərgəsinə qoşuldum. Kaxaber Sxadadze ilə yaxşı münasibətlərimiz var. O, necə futbolçu olduğumu yaxşı bilirdi. "Standard"a kömək edəcəyimi başa düşürdü. Ona görə də məni komandaya dəvət etmişdi.
- Bunadək Azərbaycan futbolu ilə bağlı məlumatınız var idi?
- Əlbəttə. Olmasaydı, çətin ki, razılıq verərdim. Burda oynayan gürcü futbolçular dostlarımdır. Onlarla tez-tez əlaqə saxlayırdım. Aleksandr Qoqoberişvili, Georgi Adamiya, Amiran Muciri və Georgi Demetradze futbolunuzun yüksəlişdə olduğunu və klubların futbolçulara yaxşı pullar verdiyini deyirdilər.
- Azərbaycana gələnədək hansı komandada çıxış edirdiniz?
- Gürcüstanın "Olimpi"sində. Mövsüm başa çatandan sonra klubu dəyişmək istəyirdim. Onda Sxadadze mənə zəng edib, Azərbaycana gəlməyimi məsləhət gördü.
- Azərbaycan çempionatı sizdə hansı təəssüratlar yaratdı?
- İlk növbədə ciddi rəqabət var. "Xəzər-Lənkəran", "İnter" və "Bakı" güclü komandalardır. "Neftçi" bu mövsüm zəif çıxış etsə də, adətən çempionluq uğrunda mübarizə apardığını eşitmişəm. "Standard" belə güclü komandalara qarşı mübarizə apararaq, onlarla ayaqlaşmağa çalışdı. Sxadadze çox tələbkar məşqçidir. Tanıdığım üçün bilirəm ki, o, hansı komandada işləyirsə, futbolçulardan nəticə tələb edir. Sadəcə, bəxtimiz gətirmədi. Halbuki bir neçə oyunda qələbə qazana bilərdik.
- Futbolda bəxt nə qədər rol oynayır?
- Bəxtdən də çox şey asılıdır. Bəzən oyun getmir, bir məqam tutub qələbə qazanırsan. Elə də olur ki, oyunun yaxşı alınır, sonda uduzursan. Hətta çoxlu sayda qol epizodlarını boş verəndə bəxt amili üzə çıxır.
- Gürcüstan çempionatını Azərbaycan Premyer Liqası ilə müqayisə edə bilərsiniz?
- Burda güclü legionerlər var. Harada səviyyəli legioner və yaxşı pul varsa, oranın çempionatı yüksək olur. Ona görə də Azərbaycan çempionatı Gürcüstandan irəlidədir. Oyunçu bolluğuna gəlincə, bizdə daha istedadlı oyunçular çoxdur. Bu, bir Allah vergisidir. Hələ bizdə uşaq futboluna diqqət o qədər də güclü deyil. Əgər uşaq futboluna daha yaxşı fikir versələr, Gürcüstanda yüksək səviyyəli oyunçular yetişər.
- Sxadadzenin gedişi komandanın çıxışına təsir etdimi?
- Sxadadzeyə Gürcüstanın gənclər yığmasından təklif vardı. O da getmək məcburiyyətində qaldı. Ola bilsin, oradan da harasa getsin. Heyləmək olar, baş məşqçinin həyatı belədir. Onun gedişi komandanın nəticəsinə hardasa təsirini göstərdi. Badri Kvaratsxeliya də işinin öhdəsindən lazımınca gəlirdi. Badriyə işini davam etdirməsini çox təkid elədik. Amma nədənsə o, işləmək istəmədi.
- "Standard"ın turnir cədvəlində 7-ci yerdə olması ilə razılaşırsınız? Daha yaxşı nəticə göstərə bilərdinizmi?
- Mövsümü minimum ilk "beşlik"də başa vura bilərdik. İtirilən xalları da nəzərə alsaq, daha yaxşı nəticə göstərə bilərdik. Buraxılan bir sıra səhvlər turnir cədvəlində irəliləməyimizə mane oldu. Qələbə qazana biləcəyimiz oyunlarda ən azından 10-12 xal itirmişik. Onları da yığdığımız xalların üstünə gəlsək, görün, indi biz neçənci yerdə idik! Birinci dövrədə "Bakılı" ilə oyunumuz alınmadı. İkinci dövrədə isə "Neftçi" "Bakı" və "Qəbələ"yə qarşı yaxşı oynadıq. Hətta bir neçə qol epizodlarından istifadə edə bilmədik. Həmin oyunlarda xal itirməməli idik.
- Ən yaxşı oyununuz hansı komandaya qarşı olub?
- "Qarabağ"a qarşı. Əla oynadıq. Bütün komanda gücünü qoydu. Taktiki və fiziki baxımdan rəqibi üstələdik. Nəticədə çətin oyunda qalib gəldik.
- Öz çıxışından razı qalmısınız?
- Ola bilsin ki, oyun təcrübəm çatışmır. Hələ tam komandaya uyğunlaşmamışam. Bir ilə komanda qurmaq olmur. Bunun üçün vaxt lazımdır. Hər şey istədiyin kimi olsaydı, nə vardı ki? Futbolçular bir yerdə uzun müddət oynayandan sonra komanda formalaşır. Ondan sonra uğurlu nəticə də əldə etmək asan olur. Tez bir zamanda nəyəsə nail olmaq çətindir. Hə vaxt "Standard" qələbə qazanırsa, oyunumdan razı qalıram.

0
0