“Simurq”un yarımmüdafiəçisi Avropa Liqasını gözləyir
14.05.2009 - 09:20
“Simurq”un yarımmüdafiəçisi Avropa Liqasını gözləyir
Zaqatalanın “Simurq” klubunun futbolçusu Qriqol Dolidze əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XIX turunun "Qarabağ"la qarşılaşmasında zədələnən 29 yaşlı yarımmüdafiəçi cərrah müdaxiləsindən sonra bir müddət vətəni Gürcüstanda qalacaq.

Əməliyyatdan sonra durumu yaxşı olan Dolidze iki həftəyə yüngül qaçışlara başlaya bilər. Onun tam sıraya dönməsi isə təxminən 1 ay çəkəcək. Bir sözlə, komandanın baş məşqçisi Roman Pokora mövsümü bitirən gürcüstanlı futbolçuya iyulun 2-də start götürəcək Avropa Liqasının oyunlarında güvənə biləcək.

2008-ci ilin yayından “Simurq”da çıxış edən Dolidze bu komandanın heyətində keçirdiyi 19 oyunda (1390 dəqiqə) 1 qol vurub və 4 sarı vərəqə alıb. Matçların 2-si (180 dəqiqə), həmçinin qol və vərəqələrdən biri ölkə kubokuna təsadüf edib.
0