“Beşiktaş” Türkiyə kubokunun qalibi oldu
14.05.2009 - 09:29
“Beşiktaş” Türkiyə kubokunun qalibi oldu
“Beşiktaş” klubu son dörd ildə üçüncü dəfə Türkiyə kubokunun sahibi olub. Apasport.az saytının məlumatına görə, final qarşılaşmasında “Fənərbaxça” ilə görüşən “ağ-qaralar” mövsümdə ilk titulunu qazanıb.

Tarixində 8-ci dəfə Türkiyə kubokunu qazanan “Beşiktaş” bu oyunda 4:2 hesabı ilə qalib gəlib. Komandanın qollarını Yusuf, Bobo (2) və Holoşko vurub. “Fənərbaxça”da isə Quiza və Aleks fərqlənib. 26 ildir kuboka həsrət qalan komanda böyük hesablı məğlubiyyətdən uzatma dəqiqələrində təyin olunan penalti hesabına yaxa qurtara bilib.

Qeyd edək ki, “Fənərbaxça” tarixində 8-ci dəfə finalda məğlubiyyət acısı yaşadı.
0