Lui van Qal rəsmən “Bavariya”da!
14.05.2009 - 09:47
Lui van Qal rəsmən “Bavariya”da!
Almaniyanın “Bavariya” klubunun yeni baş məşqçisi məlum olub. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisini tanınan holland mütəxəssis Lui van Qal çalışdıracaq. “Bavariya” onu yeni baş məşqçisi təyin etməsini artıq rəsmən təsdiqləyib. Lui van Qal komandaya iyunun 1-dən rəhbərlik edəcək. Onunla bağlanan müqavilə 2011-ci il iyunun 30-a kimi nəzərdə tutulub.

Qal “Barselona”, “Ayaks”, Hollandiya yığmasında işlədiyi dövrdə uğurları ilə yadda qalıb. Son illərdə “Alkmaar”ı çalışdıran təcrübəli mütəxəssis bu komandanı son mövsümdə Hollandiya çempionu edib. “Bavariya” ötən yaydan baş məşqçisi olan Yurgen Klinsmanı az öncə qovub. Hazırda komandada baş məşqçi əvəzi digər alman mütəxəssis Yupp Haynkesdir. “Bavariya” çempionatın sonuna az qalmış “Volfsburq” klubu ilə şərikli liderdir.
0