“Hakimlərin məvacibi çoxaldıqca, oyunları daha pis idarə edirlər”
14.05.2009 - 13:33
“Hakimlərin məvacibi çoxaldıqca, oyunları daha pis idarə edirlər”
Fransa çempionatının 35-ci turunda “Valansyenn” - “Bordo” oyunu qalmaqalla nəticələnib. Apasport.az saytının məlumatına görə, meydan sahibləri 1:2 hesabı ilə uduzduqları görüşü 9 futbolçu ilə başa vurmalı olub.

Buna səbəb matçı idarə edən Toni Şapronun “Valansyenn”in 2 oyunçusuna qırmızı vərəqə göstərib, meydanda çıxarmasıdır. Həmin klubun prezidenti Frantsis Dekuryer baş hakimi rüşvətxorluqda günahlandırıb: “Hakim bizim ikinci diviziona düşməyimiz üçün hər şeyi edəcəyini dedi. Mən mat qalmışam. Bu, sirkdir. Hakimlərin məvacibi çoxaldıqca, onlar daha pis idarə edirlər. Mən sözlərimə tam məsuliyyət daşıyıram və “Bordo”nun yaxşı komandasının əleyhinə çıxmıram. Ancaq Şapron ədalətsizlik üzrə mütəxəssisdir”.
0