“Slovan” “Neftçi”nin qənim kəsildiyi klubdan güclü oldu
14.05.2009 - 14:32
“Slovan” “Neftçi”nin qənim kəsildiyi klubdan güclü oldu
Slovakiya çempionatının son qalibi “Slovan” klubu olub. Apasport.az saytının məlumatına görə, Bratislava təmsilçisi müstəqillik dönəmində 5-ci dəfə ölkə çempionluğunu qazanıb.

“Slovan” “Neftçi”nin qənim kəsildiyi “Nitra” klubunu evdə 3:1 hesabı ilə məğlub etməklə, qızıl medal qazanmasını sona 4 tur qalmış rəsmiləşdirib. “Neftçi” “Nitra”nı ötən yay İntertoto kubokunda mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, “Slovan” Çempionlar Liqasının təsnifat mərhələsində komandamızın potensial rəqiblərindən biri olacaq. Sona bir tur qalmış çempionluğun bir addımlığında olan “Bakı” vaxtilə avrokuboklarda Slovakiya təmsilçisi ilə görüşüb. Bu, 2005-ci ildə UEFA kubokunda olub və bakılılar ilk mərhələdə “Jilina”ya yenilib.
0