Almaniyalı veteranlar uşaqlarla görüşüb
14.05.2009 - 14:35
Almaniyalı veteranlar uşaqlarla görüşüb
Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirən almaniyalı futbol veteranları bu gün AFFA-nın Futbol akademiyasında olublar. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, uşaqlarla görüşən qonaqlar dünya futbolu, həmçinin öz karyeraları barədə ətraflı məlumat veriblər. Veteran futbolçular həm də uşaqların suallarını cavablandırıb, kiçik yaşlı futbolçulara avtoqraf veriblər. Görüşün sonunda Futbol akademiyasında olan futbolçularla almaniyalı veteranlar xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Azərbaycan və Almaniyanın veteranlardan ibarət yığma komandalarının bir gün əvvəl keçirilən yoldaşlıq oyununda qonaqlar 6:3 hesabı ilə qalib gəlmişdi.
0