Azarkeşlər dövlət himnini fitə basdılar
14.05.2009 - 15:07
Azarkeşlər dövlət himnini fitə basdılar
İspaniya kubokunun finalında “Barselona” - “Atletik” matçı xoşagəlməz olayla yadda qalıb. Apasport.az saytının məlumatına görə, hər iki komandanın azarkeşləri Valensiya şəhərindəki “Mestalya” stadionunda baş tutan görüşdən öncə səslənən dövlət himnini fitə basıblar.

“Barselona” Kataloniya, “Atletik” Bask təmsilçisidir. Hər iki bölgə artıq xeyli vaxtdır müstəqillik arzusu ilə yaşayır. Onlar İspaniya himnini fitə basmaqla, növbəti dəfə Madridə neqativ münasibəti nümayiş etdirmək imkanı qazanıblar. Matçı yayımlayan yerli TVE telekanalı bilərəkdən oyun öncəsi mərasimi və himnin səslənməsini canlı efirdə göstərməyib.

Qeyd edək ki, finalda rəqibini böyük hesabla məğlub edən (4:1) “Barselona” tarixində 25-ci dəfə ölkə kubokunu, cari mövsümdə isə ilk titulunu qazanıb.
0