Azərbaycan yığmasına qarşı 40 futbolçu
15.05.2009 - 09:32
Azərbaycan yığmasına qarşı 40 futbolçu
Azərbaycan milli komandasının rəqibinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə keçiriləcək 21 yaşlılar arasında Avropa çempionatının seçmə mərhələsində yığmamızla bir qrupda mübarizə aparan Belarus millisinə 40 futbolçu çağırılıb.

Lakin sentyabrın 9-da Bakıya gəlib almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələrini sınağa çəkəcək belarusluların bu heyəti daha məsul sınaq qarşısındadır. Belə ki, onlar gələn ay İsveçdə keçiriləcək qitə çempionatının final mərhələsində də qüvvəsini sınayacaq. Bu yarışa 23 futbolçu aparacaq rəqibimiz 40 nəfərlik ilkin siyahıdan seçim etməlidir. Komandanın sıralarına İtaliyanın “Kalyari”, Kiyevin “Dinamo”, Rusiyanın “Lokomotiv”, “Saturn”, “Moskva”, “Tom”, “Amkar” kimi klublarından da oyunçular cəlb olunub. Çempionlar Liqasının qrup mərhələsində oynamış BATE isə milliyə 7 oyunçu verə bilər.

Qeyd edək ki, yığmamızın rəqibi iyunun 16-29-da İsveçdə keçiriləcək turnirdə meydan sahibləri, İtaliya və Serbiya ilə bir qrupda yer alıb.
0