Toşak azərbaycanlı jurnalistlərlə görüşəcək
15.05.2009 - 10:19
Toşak azərbaycanlı jurnalistlərlə görüşəcək
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Uels yığmasının baş məşqçisi Con Toşak mətbuat konfransı keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyunun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda komandamızla qarşılaşacaq britaniyalıların çalışdırıcısı matçdan bir gün əvvəl KİV nümayəndələri önünə çıxacaq. Toşak iyunun 5-də saat 13:30-da “Hyatt Park” otelində mətbuat konfransı keçirəcək. Mütəxəssislə yanaşı, Uels yığmasının kapitanı da tədbirdə iştirak edəcək.
0