İki futbolçu həbs olundu
15.05.2009 - 10:23
Polşada Liqa kubokunun final oyunundan sonra iki futbolçu həbs olunub. Apasport.az saytının məlumatına görə, “Şlensk”in qapıçısı ilə “Odra”nın hücumçusu korrupsiyada şübhəli bilindikləri üçün saxlanılıb.
Onların adları həlik açıqlanmır. Məlumata görə, həmin futbolçular paltardəyişmə otağının çıxışında onları gözləyən qanun keşikçilərinə müqavimət göstərməyiblər. 2005-ci ildən başlayaraq Polşada rüşvətxor məşqçilər, hakimlər, futbolçular, klub funksionerləri ilə aktiv mübarizə aparılır. Hazırda bununla bağlı 213 nəfərə cinayət işi açılıb. Onların oyunları satmaqda və Polşada müxtəlif səviyyəli turnirləri almaqda təqsirli bilinir.
Apreldə futbol mafiyasının üzvlərinin biri ilə bağlı məhkəmə prosesi olub. Bu, “Arka” klubunun sabiq prezidenti ilə bağlıdır və həmin şəxs 4 il azadlıqdan məhrum edilib.

0
0