Andrey Arşavin: Azərbaycan yığmasına qarşı oyuna görə bizə söyürlər
15.05.2009 - 10:41
Andrey Arşavin: Azərbaycan yığmasına qarşı oyuna görə bizə söyürlər
“Zarafat öz yerində, amma Azərbaycan və Lixtenşteynlə oyunlar öncəsi həm məni, həm də yığmamızı yalnız tərifləyirdilər. Ancaq bundan heç bir yaxşı şey çıxmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının hücumçusu Andrey Arşavin deyib.

London “Arsenal”ının 27 yaşlı futbolçusu Azərbaycan yığması ilə bu ilin martın 28-də Moskvada keçirilmiş oyunda (2:0) çox çalışsa da, qol vura bilmədi. İndi Finlandiya ilə iyunun 10-da Helsinkidə keçiriləcək matça köklənən Arşavin bu rəsmi görüşün əhəmiyyətindən danışıb: “Finlərlə qarşılaşma həm strateji, həm də psixoloji nöqteyi-nəzərdən çox vacibdir. Strateji cəhətdən biz qrupda 2-ci yeri tuta bilərik. Bu, 1-ci yer uğrunda mübarizədə yaxşı şansdır. Azərbaycan və Lixtenşteynlə zəif oyunlardan sonra psixoloji baxımdan özümüzə sübut etməliyik ki, futbol oynamağı yadırğamamışıq”.

Andrey ötən yay Avropa çempionatında bürünc medal qazanmalarından sonra nəticə əldə etməkdən doyduqları ilə bağlı söylənilən fikirləri qətiyyətlə təkzib edib: “Bunlar boş-boş şeylərdir. Azərbaycan və Lixtenşteynlə görüşə belə deyək ki, Almaniya yaxud Finlandiya ilə matçlara olduğu kimi hazırlaşırdıq. Almaniya və Finlandiya ilə oyunlarda bizi tərifləyirdilər. Son matçlara ciddi hazırlaşdıq və nəticə əldə etdik. Bunun müqabilində başqa cür yəqin ki, oynaya da bilməzdik”.

Arşavin sonuncu fikrini konkret misal üzərində izah edib: “Azarkeşlər bizi söyürlər ki, həmin görüşlərdə lazımi köklənmə yox idi. Ancaq baxın, İngiltərə ilə oyunda “Lujniki” stadion dolu idi. Elə Azərbaycanla görüşdə də tribunalarda boş yer yox idi. Məgər demək olar ki, tribunaların oyuna köklənməsi eyni idi? Məgər il yarım öncə əsas rəqibimizlə həlledici oyunda olduğu kimi, coşqunluq var idimi? Bu, sadəcə obyektiv baxımdan eyni ola bilməzdi. Eyni şey elə meydanda da baş verir. İnanın ki, biz özümüz də necə oynadığımızdan narazıyıq. Ancaq əsas vəzifə maksimum vəzifə götürmək idi ki, bunu da yerinə yetirik. Bu, isə ən vacibdir”.

Qeyd edək ki, Rusiya milli komandamızla görüşdən üç gün sonra səfərdə Lixtenşteyni minimal hesabla (1:0) yenib.