Löv Almaniya yığmasına 21 futbolçu çağırdı
15.05.2009 - 11:00
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Rusiya ilə rəsmi oyuna namizədləri müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis oktyabrın 10-da Moskvada “Lujniki” stadionunda keçiriləcək görüşdə 21 futbolçunun adını açıqlayıb.
Qapıçılar: Adler (“Bayer”), Vize (“Verder”), Enke (“Hannover-96”)
Müdafiəçilər: Bek (“Hoffenhaym”), Hinkel (“Seltik”, Şotlandiya), Lam (“Bavariya”), Mertesaker (“Verder”), Taski (“Ştutqart”), Şefer (“Volfsburq”), Vestermann (“Şalke-04”)
Yarımmüdafiəçilər: Ballak (“Çelsi”, İngiltərə), Hitstlsperger (“Ştutqart”), Troxovski, Yansen (hər ikisi “Hamburq”), Marin (“Borussiya” M), Rolfes (“Bayer”), Şvaynştayger (“Bavariya”)
Hücumçular: Qomes (“Ştutqart”), Helmes, Kisslinq (hər ikisi “Bayer”), Podolski (“Bavariya”).
Siyahıda “Herta”nın müdafiəçisi Arne Fridrix və “Berder”in yarımmüdafiəçisi Torsten Frinqsin yoxluğu diqqət çəkir. Löv hər iki futbolçunu son rəsmi oyunlara – Lixtenşteyn və Uelslə görüşdə çağırmışdı. Hər halda, baş məşqçinin Moskvada həlledici görüşə son heyəti müəyyənləşdirmək üçün hələ dörd aydan çox vaxtı var. Siyahının xeyli əvvəldən açıqlanması da səbəbsiz deyil. Belə ki, Almaniya Futbol İttifaqı oktyabrın 6-da Moskvaya gələcək nümayəndə heyətlərinə vizaların qeydiyyatdan keçməsi prosesinə başlanması ilə Rusiya Futbol İttifaqına (RFİ) bağlı rəsmi müraciət edib. Buna cavab verən RFİ Rusiyanın Berlin şəhərindəki səfirliyinə Almaniya milli komandasının 50 nəfərlik nümayəndə heyətinə viza verilməsi ilə sorğu göndərib.
Qeyd edək ki, Almaniya və ilə Rusiya Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibləridir. Almanların növbəti rəsmi oyunu məhz yığmamızladır. Onlar avqustun 12-də Bakıda milli komandamızın qonağı olacaq. Moskvadakı oyuna qədər

0
0