Azərbaycan Premyer Liqası rekordçusunu necə itirdi?
10.06.2009 - 23:00
Azərbaycan Premyer Liqası rekordçusunu necə itirdi?
Bakının “İnter” klubunun sabiq baş məşqçisi Valentin Xodukin bu postu Azərbaycan Premyer Liqasının rekordçusu kimi tərk edib. Apasport.az saytının məlumatına görə, 2006-cı ilin mayında Oleq Smolyaninovu əvəzləyən 69 yaşlı mütəxəssis 3 mövsümdən artıq müddətdə çoxsaylı rekordlara imza atıb. Xodukin Azərbaycanda titul (ölkə çempionu) qazanan ilk, həm də yeganə əcnəbi çalışdırıcı olmaqla yanaşı, iki dəfə çempionatın mükafatını qazanmaq və iki dəfə kubokun finalına çıxmaqla da legioner məşqçilər arasında rekordlara malikdir. Ukraynalı həm Azərbaycan klublarında keçirdiyi həm ümumi, həm də çempionat göstəricilərində də digər gəlmələrdən öndədir: istər oyun, istər qələbə, istərsə də vurulan topların sayında.

Valentin Xodukinin “İnter”in baş məşqçisi postundakı nəticələri:

 

O

Q

H

M

T

X

Çempionat

80

51

18

11

146-48

171

Kubok

24

15

3

6

50-22

48

Birlik kuboku

5

3

1

1

5-1

10

Çempionalr Liqası

4

0

3

1

2-4

3

Cəmi

113

69

25

19

203-75

232



“İnter”in yeni baş məşqçisi Kaxaber Sxadadze isə klubun bu ad altında çıxış etdiyi dövrdə ilk qeyri-ukraynalı baş məşqçisi olacaq. İndiyədək Smolyaninov və Xodukinlə yanaşı, həm də Anatoli Konkovun işlədiyi komandanın dördüncü baş məşqçisi olacaq gürcüstanlı həm də Rasim Karanın rekordunu təkrarlayacaq. “Xəzər-Lənkəran” və “Qarabağ”da işləmiş türkiyəli kimi, Sxadadze də iki Azərbaycan klubunun baş məşqçisi olacaq. 41 yaşlı məşqçi 2008-ci ilin yanvarından dekabrınadək olan dövrdə Bakının “Standard” klubunda çalışıb.

Kaxaber Sxadadzenin Azərbaycanda baş məşqçi kimi nəticələri:

 

O

Q

H

M

T

X

Çempionat

26

11

5

10

29-24

38

Kubok

4

0

2

2

4-9

2

Cəmi

30

11

7

12

33-33

40

0