Kaxaber Sxadadzenin köməkçiləri bəlli oldu
10.06.2009 - 14:58
Kaxaber Sxadadzenin köməkçiləri bəlli oldu
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev “İnter”də fəaliyyətini davam etdirəcək. Bu haqda apasport.az saytına məlumat verən Abdullayev bildirib ki, yeni baş məşqçi Kaxaber Sxadadzenin də köməkçisi olacaq.

“Əvvəlki baş məşqçi Valentin Xodukinin köməkçilərindən mən və qapıçılarla işləyən Camaləddin Əliyev işimizi davam etdiririk. Klub prezidenti bizə qalacağımızı dedi. Əvvəl olduğu kimi, müqaviləmiz bir il müddətə nəzərdə tutulub” – deyə Abdullayev əlavə edib.

Sabah gecə saatlarında Türkiyəyə təlim-məşq toplanışına yollanacaqlarını vurğulayan məşqçinin sözlərinə görə, yeni baş məşqçi ilə görüşməyib: “Bildiyimə görə, Sxadadze birbaşa Türkiyəyə gələcək. Hər halda, komandanı qonşu ölkəyə aparmağı mənə tapşırıblar”.
0