Rza İbadov məşhur “Liverpul” klubuna futbolçu transfer edir
10.06.2009 - 15:57
Azərbaycan Milli Məclisinin sabiq üzvü Rza İbadov məşhur “Liverpul” klubuna futbolçu transfer edir. Apasport.az saytının məlumatına görə, həmyerlimiz türkiyəli Sərcan Yıldırımın İngiltərənin ən titullu komandalarından birinə keçidində vasitəçidir.
Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Sərcanı Azərbaycan və Fransa ilə yoldaşlıq görüşlərinə çağırmışdı. Hər iki oyunda forma geyinən “Bursaspor”lu hücumçu ilə “Fənərbaxça” da daxil olmaqla, “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti”, “Tottenhem” və “Hamburq” komandaları da maraqlanır.
“Liverpul” Sərcanın keçidi üçün tələb olunan 7 milyon avroluq kompensasiyanı ödəməyə hazırdır. Londonda yaşayan azərbaycanlı iş adamı Rza İbadovun iştirak etdiyi görüşlərdə transfer işlərini menecer Bernardın gördüyü bildirilir. Liverpul təmsilçisinin istedadlı futbolçu uğrunda mübarizədə əsas rəqibi “Mançester Siti”dir. Ərəb şeyxlərinin maliyyələşdirdiyi bu komanda Yıldırıma görə yüksək məbləğ təklif edir. Ancaq “Liverpul” rəsmilərinin yaxın zamanlarda Türkiyəyə gələrək, Sərcanın transferini bitirəcəyi gözlənilir.

- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
- 8 illik həsrət bitdi - “Malaqa” yenidən La Liqada
0
0