İqor Şalimov: Finlandiya Azərbaycan deyil ki...
10.06.2009 - 18:03
İqor Şalimov: Finlandiya Azərbaycan deyil ki...
“Bu gün Finlandiya ilə keçirəcəyimiz oyuna heç də rəqibdən az köklənməmişik” Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının və “Spartak” klubunun sabiq futbolçusu İqor Salimov deyib.

Dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibləri olan Rusiya ilə Finlandiya arasında bu gün keçiriləcək qarşılaşmaya proqnoz verən veteran millimizin bostanına da daş atıb: “Rəqibi qiymətləndirməməkdən söhbət belə gedə bilməz. Hər halda, Finlandiya Azərbaycan deyil ki... Düzdür, hətta azərbaycanlılar da son vaxtlar rəqiblərini onlarla hesablaşmağa məcbur edir”.
0