Dieqo Maradonaya növbəti sillə
11.06.2009 - 10:33
Dieqo Maradonaya növbəti sillə
Dünya çempionatının seçmə mərhələsinin son oyunlarında ən böyük sensasiya Cənubi Amerikada qeydə alınıb. Apasport.az saytının məlumatına görə, iki ay əvvəl Boliviyaya 1:6 hesabı ilə uduzmaqla diqqət mərkəzinə düşən Argentina yığması bu dəfə də sensasiyanın müəlliflərindən olub.

Əfsanəvi Dieqo Maradonanın yetirmələri Ekvadorla səfər qarşılaşmasında xalsız qalıblar. Mütəxəssisin rəhbərliyi altında dördüncü seçmə matçını keçirən ikiqat dünya çempionları “evdə qələbə, səfərdə məğlubiyyət” prinsipinə sadiqliyini davam etdirir. Ekvadora 0:2 hesablı məğlubiyyət argentinalıların mövqeyinə ciddi təsir etməyib. Keçirdiyi 14 matçdan 22 xal toplayan Maradonanın yetirmələri 4-cü sırada qalıb. Lakin onları liderdən artıq 2 deyil, 5 xal ayırır. Cənubi Amerika zonasının liderləri Braziliya ilə Paraqvayın görüşündə qalib gələn “sambaçılar” isə 2:1 hesablı əzmkar qələbə sayəsində birinci pillənin vahid sahibinə çevrilib.
0