Vlastimil Petrjela özünə komanda tapdı
11.06.2009 - 10:44
Vlastimil Petrjela özünə komanda tapdı
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis vətəni Çexiyada ikinci liqada mübarizə aparan “Viktoriya Jijkov” komandasının sükanı arxasına keçib. Ötən mövsüm Çexiya çempionatının güclülər dəstəsində mübarizə aparan bu komanda sonuncu yeri tutduğundan yerini qoruya bilməyib və ikinci liqaya düşüb. Petrjela “Viktoriya Jijkov”la üç illik müqavilə imzalayıb.

“Neftçi”də 4 ay (2007-ci ilin sentyabrında 2008-ci ilin yanvarına qədər) çalışan Petrjela həmin vaxtdan bu yana heç yerdə işləməyib.
0