Bu gün: İspaniya - Azərbaycan
12.06.2009 - 09:44
Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə oyunlarında yığmamız meydan sahibləri İspaniya ilə qarşılaşacaq.
İngiltərəni məğlub etməklə 1/4 finala yüksələn Emil Cabbarovun yetirmələrinin rəqibi İspaniya – İsrail matçında müəyyənləşməli idi. Bu qarşılaşmada da meydan sahibləri 6:2 hesabı ilə qalib gəlib. Görüş bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komandamızın növbəti – yarımfinal mərhələsindəki rəqibi isə İtaliya – İsveçrə oyununda bəlli olacaq. Qələbə halında yığmamız həmin cütün qalibi ilə 1-4, məğlub olduğu halda isə 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. Hər iki halda millimiz matçını iyunun 13-də keçirəcək.

- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
0
0