AFFA rəsmisi: Bu qaydalar yığmamızın növbəti oyunlarında da qüvvədə olacaq
12.06.2009 - 10:36
Azərbaycan milli komandasının iyunun 6-da Uels, bundan 3 gün sonra isə İspaniya ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi matçlara jurnalistlərin böyük marağı olub. AFFA-nın İnformasiya İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumata görə, bu oyunlarda xeyli yerli və əcnəbi jurnalist iştirak edib.
“Uelslə matçda 40-dan çox xarici KİV nümayəndəsi qeydiyyatdan keçmişdi. Təxminən eyni sayda da yerli mətbuat nümayəndəsi oyunda idi” - deyə Nərimanoğlu vurğulayıb. Avropa çempionu İspaniya ilə yoldaşlıq görüşündə isə paytaxtımıza 60-a yaxın əcnəbi jurnalist gəlib.
Departament rəisi bildirib ki, ilk dəfə olaraq, yığmanın oyunlarına İnternet vasitəsilə qeydiyyat keçirilib, daha sonra KİV-lərə akkreditasiya kartları verilib. Qələm əhlinin məhsuldar işləməsi üçün qarşılaşmalardan öncə hər iki komandanın baş məşqçilərinin mətbuat konfransı, eləcə də açıq məşqlər olub.
Nərimanoğlu onu da əlavə edib ki, jurnalistlərin oyun başa çatdıqdan sonra da işləmələrinə şərait yaradılıb: “Ancaq əfsuslar olsun ki, bəzi media təmsilçiləri peşə qaydalarına riayət etməyi bacarmadılar. Həmin jurnalistlər futbolçulardan xüsusi yerlərdə müsahibə götürülməsindən xəbərsiz idilər. Qaydaya görə, matç bitdikdən sonra meydançadan paltardəyişmə otağına qədər olan ərazidə yalnız oyunu canlı yayımlayan telekanalın müsahibə götürmək hüququ var. Paltardəyişmə otağından avtobusa qədər olan yerdə isə mix zona yaradılır ki, burada da istənilən jurnalist hər iki komanda üzvləri ilə söhbətləşə bilərlər. Bu qaydalar milli komandamızın növbəti ev oyunlarında da qüvvədə olacaq”.

0
0