Frank Riberi dünyanın ən bahalı futbolçusu olmağa yaxındır
12.06.2009 - 11:23
Frank Riberi dünyanın ən bahalı futbolçusu olmağa yaxındır
“Bavariya” fransalı futbolçusu Frank Riberini satmağa razıdır. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi 25 yaşlı hücumameylli yarımmüdafiəçi üçün 65 milyon funt sterlinq məbləğ qoyub.

Almanlar məhz bu məbləği “Çelsi” ilə danışıqlar zamanı açıqlayıb. Onlar əmindir ki, Riberini “Real” kimi transferlərə böyük pullar xərcləyən klub da iddialıdır. İngilislərin isə bu informasiyaya reaksiyası hələ məlum deyil. Riberini “Çelsi” və “Real”la yanaşı, son Çempionlar Liqasının finalçıları “Barselona” ilə “Mançester Yunayted” də ələ keçirmək istəyir.

Riberi bu məbləğə satılarsa, dünyanın ən bahalı transferi olacaq. Artıq 8 ildir dünyanın ən bahalı transferi 2001-ci ildə “Yuventus”dan “Real”a keçən Zinəddin Zidandır – 76 milyon avro.
0